Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bölgədə yeni mərhələnin, yeni geostrateji vəziyyətin yaranmasının da təməlini qoymuş oldu

0

  •         Aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi.    Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların da iflası deməkdir. Təsadüfi deyil ki, beynəlxalq konfransın iştirakçıları aprelin 28-də Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa - dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.    Şuşada “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi əlamətdar hadisədir. Həm bu minvalla Azərbaycanın tarixi şəhəri Şuşa beynəlxalq tədbirlərin mərkəzinə çevrilir, həm də Azərbaycan sülhün nəinki öz ərazilərində təmin edilməsi, bütün regionda bərqərar olunmasında marağını göstərir.      Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bölgədə yeni mərhələnin, yeni geostrateji vəziyyətin yaranmasının da təməlini qoymuş oldu. Yaşadığımız bölgə yerləşdiyi coğrafi mövqeyə görə hər zaman dünya güclərinin maraqlar toqquşmasına tuş gəlib. Beynəlxalq güclər hər zaman regionun zəif ölkələrini təsir altında saxlamağa çalışıblar. Ona görə Cənubi Qafqazda sülh hər zaman kövrək olub. Tarixi torpaqlarımızda yaradıldığına görə qonşumuz olan Ermənistanın sülhün bu regionda mütəmadi pozulmasında müstəsna rolu vardır. Ermənistanın Azərbaycanın torpaqlarını otuz ilə yaxın işğal altında saxlaması Cənubi Qafqazda sülhə ən böyük mane olmaqla, regionun vacib mövqeyindən səmərəli istifadəni məhdudlaşdırmışdı.     “Sülhün təmin olunması, ədalətin bərpası üçün ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyəti də bir nəticə verməmişdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyri-şərtsiz tam çəkilməsini tələb edən dörd qətnaməsinin olmasına baxmayaraq, regionda sülh təmin edilməmişdi. Azərbaycan münaqişənin həll olunması, sülhün yaranması üçün otuz il səbir nümayiş etdirdi. Əlbəttə, bu, strateji yanaşma, siyasi şəraitin formalaşdırılması idi. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə region yeni mərhələyə daxil olub və Azərbaycan indi gələcəyə fokuslanıb, əməkdaşlıq və inkişaf naminə yeni səhifə açmağa hazırdır”, - deyə sədr müavini qeyd edib.     İşğaldan azad olunmuş ərazilərdə ölkə və beynəlxalq əhəmiyyətli layihələr, bərpa və quruculuq işləri davam etdirilir. Həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi ilə erməni vəhşiliyi dünyaya real vəziyyətdə, maddi sübut şəkilində təqdim olunur. Həmçinin, Azərbaycanın sülhə, gələcəyə, inteqrasiyaya olan inamını göstərən işlər də nümayiş etdirilir.    “Ötən il təşkil olunan tədbirdən keçən bu müddət ərzində Azərbaycan Cənubi Qafqazda sülhün təmin edilməsi üçün region ölkələri və beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib. Ölkəmiz sülhün və inkişafın təmini üçün konkret layihə və proqramlarla çıxış edib. Son zamanlar Avropa İttifaqının regionda sülhün təmin olunması üçün atdığı addımlar Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətə beynəlxalq dəstəkdir.     Qərbi və Şərqi birləşdirən, mühüm və strateji kommunikasiya yollarının keçdiyi Cənubi Qafqazda sülhün təmin olunması, regionun artan iqtisadi və kommunikasiya imkanlarından bərabər şəkildə maksimum istifadəsi Azərbaycan dövlətinin siyasətini təşkil edən vacib amillərdən və məqsədlərdən biridir.      Aprelin 29-da ADA Universitetində dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin də iştirak etdiyi   “Cənubi Qafqaz: “İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, mən artıq Qarabağı yaşıl zona elan etmişəm və bu, o deməkdir ki, bu, həyata keçiriləcək. Çünki mən heç vaxt icrasına əmin olmadığım məsələləri bəyan etmirəm. Eyni zamanda, bu yaşıl gündəlik ölkənin digər bütün ərazilərində tətbiq ediləcək.     Azərbaycan Prezidentinin uzaqgörən daxili və xarici  siyasəti nəticəsində 30 ilə yaxın düşmən tapdağında qalmış torpaqlarımızın 44 gündə azad olunması hərb və siyasət tarixində əlamətdar hadisə kimi qalacaqdır. İndi isə regionda dayanıqlı sülhün və sabitliyin bərqərar olması, inkişaf və quruculuq uğrunda mübarizə gedir. Bu proseslərin uğurla başa çatdırılmasında Cənab Prezidentə və Azərbaycan xalqına uğurlar arzulayıram.  Şahid Əliyev,  Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib32 dəfə
    Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bölgədə yeni mərhələnin yeni geostrateji vəziyyətin yaranmasının da təməlini qoymuş oldu

    Maraqlı gələ bilər
    146
    25